"Tottenhem" "Barselona"ya 12 milyon ödəmək istəmir

“Tottenhem” "Barselona"nın müdafiəçisi Klemen Lanqle üçün 12 milyon avro ödəməyə hazır deyil.

Newsport.az-ın məlumatına görə, Kataloniya klubu fransalıya etimad göstərmir, amma onu aşağı məbləğə satmağı da fikirləşmir.

Lanqle özü karyerasını “Tottenhem”də davam etdirmək istəyir. Buna görə “Əl-Nasr”ın təklifindən imtina edib.

28 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right