Ən yaxşı baş məşqçi adına 3 namizəd

2022/2023 mövsümünün ən yaxşı baş məşqçisi adına namizədlər müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, ilin ən yaxşısı adına üç namizəd var. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Başa çatan mövsümün ən yaxşısı olmaq üçün Çempionlar Liqasının qalibi olan "Mançester Siti"ni çalışdıran Pep Qvardiola, turnirin finalçısı "İnter"in baş məşqçisi Simeone İnzagi və "Napoli"ni İtaliya çempionu edən Lusiano Spaletti var.

Qalibin adına 31 avqust tarixində aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right