Yunanıstanın "Panatinaikos" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Afina təmsilçisi "Fənərbaxça"dan Villian Araonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Panatinakos" braziliyalı yarımmüdafiəçi ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.