"Qalatasaray"da oynamış futbolçu "Beşiktaş"a keçdi

Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Norviç Siti"dən Milot Raşitsanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Beşiktaş" Raşitsa üçün İngiltərə klubuna 5 milyon 250 min avro təzminat ödəyəcək. 27 yaşlı ön xətt oyunçusu "qara qartallar"la 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Milot Raşitsa son mövsümü icarə əsasında "Qalatasaray"da keçirmişdi. Kosovolu vinger "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right