Avropanı Braziliyaya dəyişdi

"Marsel"dən ayrılan Dmitri Payetin yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 36 yaşlı futbolçu karyerasını Braziliyada davam etdirəcək. Fransalı vinger "Vasko da Qama"ya keçib. Bu barədə A Seriya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Fransa millisinin sabiq üzvü ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Dmitri payet "Marsel"ə 2017-ci ilin yayında "Vest Hem"dən keçmişdi. Təcrübəli vinger son mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right