"Beşiktaş"dan ayrılan futbolçu Səudiyyə ərəbistanı klubunda

"Beşiktaş"dan ayrılan Kevin Nkudunun yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı vinger karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Kamerunlu futbolçu "Damak"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ərəblər təcrübəli ön xətt oyunçusu ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Beşiktaş" Kevin Nkudunu 2019-cu ilin yayında "Tottenhem"dən transfer etmişdi. O, son mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right