"Neftçi" rumıniyalı forvarda aylıq 50 min avro təklif etdi

"Neftçi" "Farul"un hücumçusu Denis Alibeki sıralarına cəlb etmək istəyir.

Newsport.az-ın məlumatına görə, Bakı təmsilçisi 32 yaşlı hücumçu üçün rəsmi təklif irəli sürüb.

“Neftçi” futbolçuya aylıq 50 min avro (təxminən 93 min manat) ödəməyə hazırdır. Amma Rumıniya mətbuatının yaydığına görə, Qətərin “Əl Muaydara”nın 8 ay ərzində 800 min avro (təxminən 1,5 milyon manat) təklif etməsi daha cəlbedicidir. 

Yaxın günlərdə Alibek gələcək karyerası ilə bağlı yekun qərarını verəcək. Rumının "Farul"la müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 

Qeyd edək ki, Alıbek əvvəllər İtaliyanın “İnter”, “Bolonya”, Belçikanın “Mexelen”, Türkiyənin “Kayserispor”, Yunanıstanın “Atromitos” və Rumıniyanın “Astra”, “Styaua” və “ÇFR Kluj” klublarında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right