"Mançester Yunayted"də dünyanın ən yaxşı qapıçısı olmaq istəyirəm"

"Mançester Yunayted"in qapıçısı Andre Onana məqsədlərindən söz açıb.

Newsport.az xəbər verir ki, "Mundo Deportivo"ya danışan kamerunlu qolkiper futboldan bir müddət uzaq düşdüyü anları xatırlayıb:

"Bir çox insan bu cür başlıqlar oxuyur: Onana dopinqə görə diskvalifikasiya edilib və o, fırıldaqçıdır, dopinqdən istifadə edəndir. Hətta həqiqətin ortaya çıxmasından, CAS-ın bəyanatından sonra da adım ləkəli kimi qalmışdı. Yayda CAS cəzanı doqquz aya endirdi. Mən bunu Çempionlar Liqasını qazanmış kimi qeyd etmişdim. İndi yenidən oynayıram, "Mançester Yunayted"də əfsanə, dünyanın da ən yaxşı qapıçısı olmaq istəyirəm".

Onana 2021-ci ildə "Ayaks"ın formasını geyinərkən dopinqə görə cəzalandırılmışdı. Klub isə həmin vaxtı iddia edirdi ki, qadağan olunmuş dərman futbolçu təsadüfən həyat yoldaşının dərmanını içdikdən sonra onun bədəninə daxil olub. 2022-ci ildə "Ayaks"dan "İnter"ə keçmiş Andre, 2023-cü ilin yayında "Mançester Yunayted"ə transfer olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right