"Fənərbaxça" braziliyalı futbolçunun transferini açıqladı

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, "sarı-lacivərtlilər" "Mançester Yunayted"in yarımmüdafiəçisi Fredi transfer edib. Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

"Fənərbaxça" braziliyalı yarımmüdafiəçi üçün İstanbul klubuna 9,7 milyon avro təzminat ödəyəcək. 30 yaşlı orta xətt oyunçusu yeni klubu ilə 4+1 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right