"Mançester Siti"dən 110 milyon avro istədilər

"Mançester Siti" "Vest Hem"in yarımmüdafiəçisi Lukas Paketanı transfer etməyə hazırlaşır. 

Newsport.az-ın məlumatına görə, "şəhərlilər"in braziliyalı transferi üçün qarşı tərəfə təklif göndərdiyi iddia edilir.

"Vest Hem" rəhbərliyi 80 milyon avroluq təklifi geri çevirib. İndi "Mançester Siti" 25 yaşlı futbolçu üçün 101 milyon avro təklif göndərib. Lakin Paketanın komandası onun üçün konkret olaraq 110 milyon avro tələb edir. Onun komandası ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Braziliya millisinin üzvü ötən mövsüm "Vest Hem"in heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right