"Fənərbaxça" Türkiyə millisinin üzvünü transfer etdi RƏSMİ

Türkiyənin "Fənərbaxça" klubu növbəti transferini həyata keçirib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Marsel"də çıxış edən Cengiz Ünderi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klublar arasında türk futbolçunun transferi ilə bağlı razılıq əldə olunub. 26 yaşlı vinger tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, "Marsel" Cengiz Ünderi 2021-ci ilin yayında "Roma"dan transfer edib. Türkiyə millisinin üzvü Fransa təmsilçisinin heyətində meydana çıxdığı 93 rəsmi matçda 18 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right