"Sabah"ın sabiq cinah oyunçusu, hazırda "Şaxtyor"da oynayan Aleksey Kaşuk Donetks klubunun rəsmi saytına danışıb.
Newsport.az-ın məlumatına görə, ukraynalı Azərbaycan və Ukrayna liqalarını müqayisə edib:
"Azərbaycan və Ukrayna Premyer Liqası? Hər liqanın özünəməxsus xüsusiyyətləri var. Azərbaycanda komandalar daha çox topla oynamağa üstünlük verir. Orada yaxşı komandalar var ki, hücum futbolu oynayır, irəli gedir. Ancaq Ukrayna Premyer Liqası Azərbaycan çempionatından daha güclüdür. Uzun müddətdir ki, burada oynamıram, ona görə də özümü yaxşı tərəfdən göstərmək istəyirəm".
Xatırladaq ki, Kaşuk ötən ilin martından bu ilin iyuluna kimi “Sabah”da icarə əsasında çıxış edib.