"Fənərbaxça" "Mançester Yunayted"in futbolçusunun keçidini həll etdi

"Mançester Yunayted"in futbolçusu Fred "Fənərbaxça"ya keçib.

Newsport.az Türkiyə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını İstanbul klubunda davam etdirməyə razılıq verib.

O, tibbi müayinədən keçib, rəsmi müqavilə imzalamaq üçün sabah Türkiyəyə yollanacaq. 

Fred 2018-ci il "Şaxtyor"dan "Mançester Yunayted"ə keçmişdi. Buna qədər isə o, "İnternasyonal"ın formasını geyinirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right