"Lion"un müdafiəçisi Kastello Lyukeba Almaniyada oynayacaq.
Newsport.az-ın məlumatına görə, o, “Leyptsiq”ə keçib.Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Bundesliqa təmsilçisi Lukeba üçün qarşı tərəfə 30 milyon transfer məbləği ödəyib. Müqavilə beş illikdir. 20 yaşlı mərkəz müdafiəçisi "Lion"un yetirməsidir.
O, Fransa klubunda 68 matça çıxıb və 4 qol vurub.