"Qarabağ"ın rəqibi Fransadan futbolçu gətirdi

Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan HİK heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Finlandiya təmsilçisi Fransanın "Amyen" klubundan Hassane Bandeni transfer edib. Bu barədə Helsinki klubunun mətbuat cidməti məlumat yayıb.

HİK 25 yaşlı burkina fasolu vingerlə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Qarabağ" ilk oyunda HİK-i 2:1 hesabı ilə məğlub edib. Komandalar arasında cavab görüşü 17 avqust tarixində Helsinkidə baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right