"Neftçi"nin rəqibi Gürcüstan millisinin üzvünü transfer etməyə çalışır

"Neftçi"nin Konfrans Liqasındakı rəqibi olan "Beşiktaş" heyətini gürcü futbolçu ilə gücləndirə bilər.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Dinamo"nun (Moskva) müdafiəçisi Saba Sazanovu transfer etməyə çalışır.

Türkiyə klubu qarşı tərəfə 3 milyon avro təklif edib. Amma hələ ki, qarşı tərəfdən müsbət cavab gəlməyib. Məsələ burasındadır ki, Saba Rusiyanı top-5 təmsilçilərindən gələcək təklifə görə tərk edə biləcəyini bildirib.

"Zenit"in yetirməsi olan 21 yaşlı futbolçu 2021-ci ildən "Dinamo"da oynayır. O, ötən ildən Gürcüstan millisində çıxış etməyə başlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right