"Zenit" və Qazaxıstan millisinin müdafiəçisi Nuralı Alip Türkiyəyə yollanmaq imkanına sahib olub.
Newsport.az-ın məlumatına görə, "Sivasspor" qazaxıstanlını heyətinə qatmaq istəyib.
Lakin Türkiyə təmsilçisi onu ən yaxşı halda icarəyə götürməyə cəhd edib. "Sivasspor" xərcə düşməmək üçün belə addım atıb.
Lakin hər iki variant Sankt-Peterburq klubunun rəhbərliyi tərəfindən rədd edilib.
"Zenit" Alipin transferi üçün təxminən 5 milyon avro qazanmaq istəyib.