"Neftçi"nin sabiq qolkiperi Krşevan Santini aktiv futbolçu karyerasını başa vurub.
Newsport.az-ın məlumatına görə, 36 yaşlı qapıçı bu barədə sosial şəkəbə hesabında paylaşım edib.
O, ailəsinə, oynadığı “Zorya”, “İnter”(Zapreşiça), “Neftçi”, “Domjale”, “Yagelloniya”, “Lokomotiva” klublarına təşəkkür edib. Santini son olaraq “Lokomotiva”nın qapısını qoruyub.
Santini 2016-cı il iyunun 23-də “Neftçi”yə keçmiş, həmin ilin dekabrında komandadan göndərilmişdi.
