"Bavariya" "Sevilya"nın qapıçısını istəyir

"Bavariya" qapıçı transferinə hazırlaşır.

Newsport.az "Marca"ya istinadən xəbər verir ki, Münhen təmsilçisi "Sevilya"nın qolkiperi Yassin Bununu heyətinə qatmaq istəyir.

Mərakeş millisinin üzvü 2022/23 mövsümündə Primeroda 36 oyun keçirib, 60 qol buraxıb və 7 görüşdə qapısının toxunulmazlığını qoruya bilib. 

Almaniya nəhəngi 32 yaşlı futbolçunun keçidini bu yay həll etmək üçün danışıqları gücləndirib.

Bunu “Vidad Kasablanka”, “Atletiko”(Madrid), “Saraqosa”, “Jirona”dan sonra 2019-cu ildə “Sevilya”ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right