Karyerasını bitirmək istəyir

“Qalatasaray”ın hücumçusu Dris Mertens gələn ilin yayında karyerasını bitirəcəyini söyləyib.

Newsport.az-ın məlumatına görə, o, İstanbul klubunda hər şeyin fərqli olduğunu dilə gətirib:

“Bu mövsüm peşəkar futbolçu kimi sonuncu mövsümüm ola bilər. “Napoli”də həftə ərzində iki dəfə oynayırdım. “Qalatasaray”da hər şey daha fərqlidir. Çempionlar Liqasının ruhunu bir də yaşamaq istəyirəm. Stadionumuzda fərqli atmosferin olacağını təsəvvür etməkdə çətinlik çəkirəm”.

Mertens 2023/24 mövsümündə qitənin bir nömrəli klub turnirinin təsnifat mərhələlərində 3 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right