"Beşiktaş" millimizin sabiq üzvünü "Şerif"ə göndərdi

Türkiyənin "Beşiktaş" klubu futbolçusu Berkay Vardarı icarəyə verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi 20 yaşlı yarımmüdafiəçini "Şerif"ə göndərib. Bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.

Gənc dayaq yarımmüdafiəçisi 2023/2024 mövsümünü icarə əsasında Tiraspol təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, Berkay Vardar Azərbaycanın U-19 millisinin üzvü olub. O, yığmamızın heyətində üç rəsmi oyunda meydana çıxıb və 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right