"Neftçi"nin rəqibi "Mançester Yunayted"in müdafiəçisini istəyir

Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Mançester Yunayted"in müdafiəçisi Erik Bayinin xidmətində maraqlıdır. "Qara qartallar"ın 29 yaşlı futbolçu ilə şəxsi şərtləri razılaşdırdığı bildirilir.

Fil Dişi Sahili millisinin üzvü İngiltərə klubundan ayrıla bilsə, "Beşiktaş"la müqavilə imzalayacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Erik Bayini 2016-cı ildə "Vilyarreal"dan 38 milyon avroya transfer edib. Təcrübəli mərkəz müdafiəçisi son mövsümü icarə əsasında "Marsel"də keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right