"Qalatasaray"da braziliyalı futbolçu

Türkiyənin "Qalatasaray" klubu növbəti transferini yekunlaşdırmaq üzrədir.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi "Şaxtyor"da çıxış edən Tetenin keçidini həll edib. 23 yaşlı vinger "sarı-qırmızılar"la bütün şərtləri razılaşdırıb.

Braziliyalı ön xətt oyunçusu artıq tibbi müayinədən keçib. Klub qısa zaman ərzində transferi açıqlayacaq.

Türkiyə mediasının yazdığına görə, futbolçu 4 illik müqaviləyə qol çəkəcək və onun illik maaşı 2,8 milyon avro təşkil edəcək.

Qeyd edək ki, "Şaxtyor" Teteni 2019-cu ilin yayında "Qremio"dan transfer edib. Braziliya U-23 millisinin üzvü son mövsümü icarə əsasında "Lester Siti"də keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right