"Neftçi"nin istədiyi futbolçu "Konyaspor"a keçir

Adı "Neftçi" ilə hallanan "Qalatasaray"ın futbolçusu Olimpiu Morutan Türkiyədə qalmağa yaxındır.

Newsport.az xəbər verir ki, rumıniyalı yarımmmüdafiəçi "Konyaspor"a keçə bilər. Bu barədə yerli mətbuat məlumat yayıb.

Anadolu təmsilçisi 24 yaşlı vingeri 1 illik icarəyə götürəcək. "Konyaspor" Rumıniya millisinin üzvünün 600 min avroluq maaşını ödəyəcək.

Qeyd edək ki, "Qalatasaray" Olimpiu Morutanı 2021-ci ilin yayında "Styaua"dan transfer edib. Ön xətt oyunçusu son mövsümü icarə əsasında İtaliyanın "Pisa" klubunda keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right