"Beşiktaş", HİK və "Partizan" nə vaxt gəlir?

Avropa kuboklarının üçüncü təsnifat mərhələsində Azərbaycan klublarının rəqiblərinin Bakıya səfər vaxtı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan HİK (Finlandiya) Bakıya sabah gələcək. 

Konfrans Liqasında "Neftçi"nin rəqibi olan "Beşiktaş" (Türkiyə) və "Sabah"ın rəqibi "Partizan" (Serbiya) da Azərbaycan paytaxtına sabah yollanacaq.  

Azarkeşlərin ən çox maraqla gözlədikləri "Beşiktaş" Bakıda "Fairmont" otelində qalacaq. HİK "Boulevard" oteli, "Partizan" isə "Hilton"u seçib. .

Hər üç komanda avqustun 9-da axşam oyunun keçiriləcəyi arenalarda məşqə çıxacaqlar.

Xatırladaq ki, Azərbaycanın üç klubunun iştirakı ilə ilk oyunlar avqustun 10-da keçiriləcək. "Qarabağ" - HİK və "Sabah" - "Partizan" görüşləri saat 20:00-da, "Neftçi" - "Beşiktaş" oyunu isə saat 21:00-da başlanacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right