"Tottenhem"dən müdafiəçi transferi

Tottenhem"  "Volfsburq"dan müdafiəçi Mikki van de Veni transfer edib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə  2029-cu ilin yayına kimi müqavilə imzalanıb. O, yeni klubunda 37 nömrəli forma geyinəcək.

Mətbuatda "Tottenhem"in müdafiəçi üçün bonuslar da daxil olmaqla 50 milyon avro ödəyəcəyi barədə xəbər yayılıb.

Van de Ven 2021-ci ilin avqustundan "Volfsburq"da çıxış edirdi. O, 2022/23 mövsümündə Almaniya klubunun heyətində 36 matçda 1 qol vurub, 2 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right