Yığmamızın qolkiperi İspaniyada kubok qazandı

Azərbaycanlı qapıçı Eldar Tağızadə iyuldan formasını geyindiyi İspaniyanın "Luqo" klubunda debüt edib.

Newsport.az-ın məlumatına görə, Tağızadə "Luqo"nun ikinci komandasının heyətində "Viveyro"ya qarşı oynayıb. O, komandası 0:1 hesabı ilə məğlub durumda olarkən meydana çıxıb. Sonda isə "Luqo" B 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, ötən gün isə U-21 yığmamızın qolkiperi "Luqo"nun əsas komandası ilə "Vila de Foz" kubokunu qazanıb. Eldarın komandası finalda "Kompostela"ya qalib gəlib (1:1, penaltilərlə 3:1). Tağızadə meydana çıxmasa da, adı iştirak ərizəsinə daxil edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right