"Qarabağ"ın rəqibi liderliyə yüksəldi

"Qarabağ"ın Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi Finlandiyanın HİK komandası ölkə çempionatında növbəti qələbəsini qazanıb.

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi "Mariehamn"ı qəbul edib. Görüş HİK-in 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 Belədə, "Qarabağ"ın rəqibi 37 xalla çempionatın lideri olub.

"Qarabağ"la HİK komandaları arasındakı ilk oyun avqustun 10-da Bakıda keçiriləcək və saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right