“Barselona” futbolçusunu ərəblərə satır 15 milyon avroya

“Barselona”nın yarımmüdafiəçisi Frank Kessye karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, “Barselona” və “Əl-Əhli” 26 yaşlı futbolçunun 15 milyon avroya keçidi üçün şifahi razılığa gəliblər.

Kessye Səudiyyə Ərəbistanı klubu ilə 2026-cı ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

O, “Barselona”da 43 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right