"Çelsi" 45 milyon avroya müdafiəçi transfer etdi

İngiltərənin "Çelsi" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Monako"dan Aksel Disasini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Londonlular 25 yaşlı mərkəz müdafiəçisi üçün Fransa klubuna 45 milyon təzminat ödəyib. "Çelsi" fransalı arxa xətt oyunçusu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Monako" Aksel Disasini 2020-ci ilin yayında "Reyms"dən transfer etmişdi. Futbolçu son mövsümdə "knyazlıq" təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right