Millinin sabiq üzvü karyerasını yekunlaşdırdı

İspaniya millisinin sabiq forvardı Roberto Soldado karyerası ilə bağlı yekun qərar verib.

Newsport.az-ın məlumatına görə, Soldado aktiv futbolçu karyerasını yekunlaşdırıb. 

Bu barədə 38 yaşlı futbolçu özü qərarını açıqlayıb.

O, karyerası ərzində "Real", "Osasuna", "Valensiya", "Tottenhem", "Xetafe", "Vilyarreal", "Fənərbaxça" kimi komandaların formasını geyinib. 

Soldado İspaniya yığmasında 12 oyunda 7 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right