“Qarabağ” HİK-lə Tofiq Bəhramov adına stadionda oynayacaq

“Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə (Finlandiya) ilk oyunun başlama saatı və stadionu müəyyənləşib.

Newsport.az xəbər verir ki, avqustun 10-u oynanılacaq matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Ağdam təmsilçisi bu mövsüm Çempionlar Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmişdi.

Qeyd edək ki, “Qarabağ”ın HİK-lə cavab görüşü isə avqustun 17-i olacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right