Kloppun Səudiyyə Ərəbistanı narahatlığı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropanın “Top-5” liqasında sentyabrın 1-də, Səudiyyə Ərəbistanında isə sentyabrın 20-də transfer pəncərəsinin bağlanması ilə bağlı narahatlığını bildirib.
 
Newsport.az xəbər verir ki, onun fikrincə, üç həftə ərzində Avropa klublarından ərəblərə kimsə keçsə, onu əvəzləmək mümkün olmayacaq.
 
“Ən pisi odu ki, Səudiyyə Ərəbistanında transfer pəncərəsi daha üç həftə açıq olacaq. Bu, Avropa üçün problemdi. UEFA və FİFA həll yolu tapmalıdı”.
 
Qeyd edək ki, “Liverpul” avqustun 13-də “Çelsi”yə qarşı oyunla Premyer Liqada 2023-24 mövsümünə başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right