"Çelsi" Fransadan yarımmüdafiəçi transfer etdi

İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, London təmsilçisi "Renn"dən Lesli Uqoçukvunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Çelsi" 19 yaşlı yarımmüdafiəçi üçün Fransa klubuna 27 milyon avro təzminat ödəyib. Fransalı orta xətt oyunçusu Premyer Liqa təmsilçisi ilə 2030-cu ilin yayınma kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Lesli Uqoçukvu "Renn"in yetirməsidir. Gənc oyunçu son mövsümdə komandanın heyətində meydana çıxdığı 35 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right