Ronaldodan yeni nailiyyət

Kriştianu Ronaldonun da formasını geyindiyi “Əl Nəsr” Ərəb Çempionlarının Klublar Kubokunda növbəti oyununa çıxıb. Səudiyyə Ərəbistanı təmsilçisi 2-ci turda “Monastir” (Tunis) ilə qarşılaşıb.

Görüş “Əl Nəsr”in 4:1 hesablı qələbəsi ilə başa çatıb. Ronaldo start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Ronaldo 74-cü dəqiqədə qol vurmaqla unikal nəticəyə imza atıb. Belə ki, portuqaliyalı ardıcıl 28 mövsümdür fərqlənir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right