"Fənərbaxça" ilə oyunu Bakıda keçirmək çox yaxşı olar" Dursun Özbek

"Qalatasaray" Türkiyə Superkubokunda "Fənərbaxça" ilə matçı Bakıda keçirmək istəyir.

Newsport.az-ın məlumatına görə, bu haqda klubun prezidenti Dursun Özbek danışıb. O deyib: 

“Türkiyə Superkubokunun Bakıda təşkili çox yaxşı olar. “Qalatasaray”a Azərbaycanda olan maraq, sevgi Türkiyədəkindən fərqli deyil. Buna Bakıda olduğumuz zaman şahidlik etdik. Türkiyə Superkuboku Bakıya salınarsa, orada yaşayan insanlar da sevinərlər. Türkiyə Superkubokunun Bakıya salınması üçün səlahiyyətli qurumlarla təmaslarımızı davam etdirəcəyik. Ümid edirəm ki, həmin oyun Bakıda keçirilər. Əlbəttə ki, yekun qərarı Türkiyə Futbol Federasiyası verəcək”.

Qeyd edək ki, Türkiyə Superkubokunun 2024-cü ilin yanvarında keçirilməsi planlaşdırılır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right