"Fənərbaxça" sloveniyalı futbolçu ilə müqavilə imzaladı

Türkiyənin "Fənərbaxça" klubu Miha Zaytsla bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi müqaviləsi başa çatan sloveniyalı yarımmüdafiəçi ilə yola davam edəcək. Super Liqa klubu 29 yaşlı orta xətt oyunçusunun sözləşməsini 2026-cı ilin yayına kimi uzadıb.

Qeyd edək ki, "Fənərbaxça" Miha Zaytsı 2019-cu ilin yayında "Empoli"dən transfer edib. Sloveniya millisinin üzvü son mövsümdə "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 34 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right