Xorvatiya millisinin üzvü "Beşiktaş"da Rəsmi

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Milan"dan Ante Rebiçi transfer edib. Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb.

"Beşiktaş" xorvatiyalı vingerlə 2 illik müqavilə imzalayıb. 29 yaşlı ön xətt oyunçusu Türkiyədə illik 2,5 milyon avro maaş alacaq. Təcrübəli oyunçuya 280 min avro imza pulu ödənilib.

Qeyd edək ki, Ante Rebiç "Milan"a 2019-cu ilin sentyabr ayında "Ayntraxt"dan keçmişdi. Xorvatiya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində son mövsümdə meydana çıxdığı 31 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right