Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi Atalay Babacanla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, Atalay Babacan "Qalatasaray"ın yetirməsidir. Türkiyə U-21 millisinin üzvü son mövsümü icarə əsasında "Sarıyer" klubunda keçirib.