"Yuventus"u "Fiorentina" əvəz edəcək - Rəsmi

UEFA Konfrans Liqasında "Yuventus"du əvəz edəcək klubun adı bəlli olub. Newsport.az xəbər verir ki, turnirdə Turin təmsilçisini "Fiorentina" əvəz edəcək. 
 
Məlumatı klubun rəsmi saytı yayıb. 
 
Qeyd edək ki, bir neçə gün öncə UEFA "Yuventus"u növbəti mövsüm üçün avrokuboklardan kənarlaşdırıb. Buna səbəb komandanın maliyyə feyr-pley qaydalarını pozmasıdır. Eyni cəza İngiltərənin “Çelsi”sinə də verilib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right