Əvvəlcə Mutu, sonra Başiç

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-ü saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Jelezniçar” oyunundan əvvəl Bakı klubunun baş məşqçisi Adrian Mutu və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Newsport.az xəbər verir ki, tədbir avqustun 2-si saat 18:30-dan etibarən 8-ci km stadionunda keçiriləcək.
 
Konfransdan sonra, saat 19:00-da isə "Neftçi"nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Eyni məkanda həmin gün saat 19:30-da “Jelezniçar”in baş məşqçisi Nermin Başiç və futbolçu Edin Rustemoviçin iştirakı ilə mətbuat konfransı, 20:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
 
Qeydiyyatdan keçmiş jurnalistlərə avqustun 2-si saat 12:00-dan etibarən 8-ci km stadionunda “Neftçi TV”nin ofisində oyun üçün akkreditasiyalar təqdim ediləcək.
 
Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right