Ante Rebiç İstanbulda

"Milan"ın futbolçusu Ante Rebiç "Beşiktaş"la müqavilə bağlamaq üçün İstanbula gedib.

Newsport.az xəbər verir ki, xorvatiyalı hücumçu Atatürk adına hava limanında "Beşiktaş" şərfi ilə şəkil çəkdirib.

O, türkiyəli jurnalistlərə açıqlamasında "Beşiktaş"da 7 nömrəli formanı geyinəcəyini bildirib. 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, 2019-cu ildən "Milan"da çıxış edən Rebiç "qırmızı-qaralar"da ümumilikdə 127 oyuna 29 qol vurub, 14 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right