Reper 2 milyarda paytaxt klubunu alır

Amerikalı rep ifaçısı Cey-Zi “Tottenhem”i almaq niyyətindədi. Newsport.az xəbər verir ki, o, London klubunun səhmlərinə sahib çıxmaq istəyən investorlar yarışına başçılıq edir.
 
Premyer Liqa klubunun hazırkı sahibi Co Lyuis ABŞ-da fırıldaqçılıq və insayder ticarəti iddialarına görə mühakimə olunur. Bu, onu ingilis klubunu satmağa məcbur edə bilər.
 
Cey-Zi  həm də NBA-da çıxış edən “Bruklin Nets”in ortaq sahibidi. Reper “Tottenhem” üçün 2 milyard funt sterlinq xərcləməyə hazırdı.
 
Qeyd edək ki, “Tottenhem” ötən mövsümü 60 xalla 8-ci pillədə başa vurub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right