Məşhur futbolçu karyerasını bitirir

Belçika millisinin futbolçusu Eden Azar karyerasını başa vurmağa hazırlaşır. Newsport.az xəbər verir ki, 32 yaşlı hücumçu hələ də özünə yeni komanda tapa bilməyib.
 
O, “Real”la müqaviləsinə xitam verildikdən sonra azad agent statusu daşıyır. Yeni klub tapa bilməməsi “kral klubu”nda olarkən aldığı çoxsaylı zədələr və oyun praktikasının olmaması ilə əlaqələndirilir. Azarla ən çox maraqlan komanda hələlik yalnız “İnter Mayami”di.
 
Qeyd edək ki, Eden Azar 2022-23 mövsümündə bütün turnirlərdə çıxdığı 10 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right