"Əl-Hilal"dan 200 milyon avro tələb etdilər

"Əl-Hilal" "Napoli"nin forvardı Viktor Osimheni transfer etmək istəyib.

Newsport.az "Sky Sport"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi 24 yaşlı nigeriyalı üçün 130 milyon avro təklif edib.

Neapol klubu isə afrikalını bu qiymətə satmaq istəməyib. 

İtaliya çempionu Osimhenə görə 200 milyon avro tələb edib. 

Osimhen ötən mövsüm A seriyasının bombardiri olub və "Napoli"nin heyətində 39 oyuna çıxıb, 31 qol vurub, 5 məhsuldar ötürmə verib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right