Məşhur futbolçu Səudiyyə Ərəbistanı klubunda

Daha bir məşhur futbolçu Səudiyyə Ərəbistanına üz tutub.

Newsport.az-ın məlumatına görə, "Nyukasl"ın hücumameyilli yarımmüdafiəçisi Allan Sen-Maksimen "Əl Əhli"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə klubu 27 yaşlı vingerin keçidindən 25 milyon avro gəlir əldə edib. Fransalı futbolçu Asiya təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Nyukasl" Allan Sen-Maksimeni 2019-cu ilin yayında "Nitsa"dan transfer etmişdi. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 124 rəsmi matçda 13 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right