PSJ-dən ayrılan Serxio Ramos karyerası ilə bağlı sürpriz qərar verməyə hazırlaşır.
Newsport.az-ın məlumatına görə, 37 yaşlı mərkəz müdafiəçisi Afrikada oynayacaq. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
İspan futbolçu "Raca Kasablanka"ya keçəcək. Təcrübəli arxa xətt oyunçusu Mərakeş klubu ilə 1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Serxio Ramos 2021-2023-cü illər arasında PSJ-də çıxış edib. İspaniya millisinin sabiq üzvü Paris təmsilçisinin heyətində meydana çıxdığı 58 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.