"Qalatasaray" 15 milyon avroluq təklifi rədd etdi

İtaliyanın "Fiorentina" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, Florensiya təmsilçisinin əsas hədəfi "Qalatasaay"da çıxış edən Viktor Nelssondur. "Bənövşəyilər" danimarkalı mərkəz müdafiəçisi üçün 15 milyon avroluq rəsmi təklif göndərib.

"Qalatasaray" "Fiorentina"nın təklifini qəbul etməyib. "Sarı-qırmızılar" 24 yaşlı arxa xətt oyunçusunu 25 milyon avrodan aşağı satmağı düşünmür.

Qeyd edək ki, "Qalatasaray" Viktor Nelssonu 2021-ci ilin yayında "Kopenhagen"dən transfer edib. Danimarka millisinin üzvü "cim bom"un heyətində meydana çıxdığı 81 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right