Fransanın PSJ klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Paris təmsilçisi "Barselona"dan Arnau Tenası rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
PSJ 22 yaşlı qolkiper üçün Kataloniya təmsilçisinə təzminat ödəyəməyib. İspaniyalı "əlcək sahibi" Liqa 1 klubu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Arnau Tenas "Barselona"nın yetirməsidir. O, əsas komandanın heyətində rəsmi matçlarda meydana çıxmayıb.