Ramildən qol ötürməsi, komandası darmadağınla qalib gəldi

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Newsport.az-ın məlumatına görə, Tailand təmsilçisi yerli "Kxonkan Yunayted"lə üz-üzə gəlib. Qarşılaşma "Buriram Yunayted"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil Şeydayev də bu oyunun iştirakçısı olub. 26 yaşlı forvard matça start heyətdə başlayıb. O, bir qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right